Ombudsmanın nümayəndələri Kəlbəcərdə minaya düşmüş hərbi hissə komandirini ziyarət edib

Ombudsmanın nümayəndələri Kəlbəcərdə minaya düşmüş hərbi hissə komandirini ziyarət edib Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Kəlbəcər rayonunda minaya düşmüş Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin komandiri Vüqar İsbəndiya
Daxili siyasət
1 Avqust , 2022 18:28
Ombudsmanın nümayəndələri Kəlbəcərdə minaya düşmüş hərbi hissə komandirini ziyarət edib

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Kəlbəcər rayonunda minaya düşmüş Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin komandiri Vüqar İsbəndiyarovu ziyarət ediblər.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı əsasında hərbçi ilə keçirilmiş növbəti ziyarət zamanı ona bir daha Ombudsmanın adından şəfa diləkləri çatdırılıb, sağlamlıq vəziyyəti və qayğıları öyrənilib. Görüşdə hərbçinin səhhətinin stabil olduğu bildirilib.

V.İsbəndiyarov mütəmadi olaraq vəziyyətinin diqqətdə saxlanılmasına görə Ombudsmana minnətdarlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi