Ombudsmanın Milli Preventiv Qrupu Suriyadan gətirilən azərbaycanlılarla görüşüb

Ombudsmanın Milli Preventiv Qrupu Suriyadan gətirilən azərbaycanlılarla görüşüb Azərbaycan Respublikasında dövlət qurumları tərəfindən davam etdirilən tədbirlərin nəticəsi olaraq, 5-i uşaq və 2-si qadın olmaqla, daha 7 nəfər Azərbaycan Respublikası vətəndaşının Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası həyata keçirilib.
Daxili siyasət
22 Fevral , 2024 17:15
Ombudsmanın Milli Preventiv Qrupu Suriyadan gətirilən azərbaycanlılarla görüşüb

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Suriyadan Azərbaycana repatriasiya edilən 7 nəfər azərbaycanlı ilə görüşüblər.

Ombudsman Aparatından "Report"a verilən məlumata görə, görüş çərçivəsində Milli Preventiv Qrupunun ixtisasca psixoloq üzvü tərəfindən repatriasiya olunmuş 5-i uşaq və 2-si qadın olan repatriantların psixoloji vəziyyəti qiymətləndirilib.

Sosial xidmət müəssisəsi tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş tədbirlər barədə lazımi məlumatlar Aparatın əməkdaşlarına təqdim olunub.

Qeyd olunub ki, Ombudsman tərəfindən xarici ölkədə çətin vəziyyətə düşmüş və yardıma ehtiyacı olan vətəndaşlarımızın repatriasiyası, onların hüquq və azadlıqlarının təmini vəziyyəti diqqətdə saxlanılır. Bu istiqamətdə zəruri tədbirlərin görülməsi məqsədilə müxtəlif vaxtlarda Ombudsman tərəfindən Azərbaycan Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib.

Son xəbərlər

Orphus sistemi