Yuxarı

Ombudsmana prokurorluq orqanları ilə bağlı 756 müraciət daxil olub

Prokurorlar, müstəntiqlər və ya təhqiqatçılar barədə ciddi tədbirlər görülmür, onların məsuliyyəti məsələsinə baxılmır

"Prokurorlar, müstəntiqlər və ya təhqiqatçılar barədə ciddi tədbirlər görülmür, onların məsuliyyəti məsələsinə baxılmır"

Bakı. 26 fevral. REPORT.AZ/ Ötən il prokurorluq orqanları ilə bağlı ombudsmana 756 müraciət daxil olub. "Report" xəbər verir ki, bu barədə insan hüquqları üzrə müvəkkilin (ombudsman) 2014-cü il üzrə illik hesabatında bildirilib.

"İstintaq orqanları tərəfindən eyni işlər üzrə qəbul edilən qərarların dəfələrlə ləğv edilməsinə baxmayaraq, müvafiq prokurorlar, müstəntiqlər və ya təhqiqatçılar barədə ciddi tədbirlər görülmür, onların məsuliyyəti məsələsinə baxılmır. Müraciətlərdə əsasən istintaqın qeyri-obyektiv aparılması, cinayət işinin başlanmasının əsassız rədd edilməsi, fakta görə cinayət işinin başlanmaması, əsassız olaraq cinayət işi üzrə icraatın dayandırılması, istintaqın gedişi barədə məlumatın verilməməsi kimi hallar öz əksini tapıb", - hesabatda bildirilib.

Həmçinin qeyd olunub ki, bəzən yerli prokurorluq orqanlarının özündə belə cinayət işlərinin istintaqına səthi və qeyri-obyektiv yanaşma olub.

Ötən il Baş Prokurorluq tərəfindən aparılan xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 46 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi