Ombudsman: "Süni bahalaşma meyllərinin qarşısının alınması üzrə tədbirlər ciddiləşdirilməlidir"

Ombudsman: "Süni bahalaşma meyllərinin qarşısının alınması üzrə tədbirlər ciddiləşdirilməlidir" Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili bəzi vəzifəli şəxslərə və məmurlara irad bildirib.
Daxili siyasət
20 Aprel , 2018 13:03
Ombudsman: Süni bahalaşma meyllərinin qarşısının alınması üzrə tədbirlər ciddiləşdirilməlidir

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili bəzi vəzifəli şəxslərə və məmurlara irad bildirib.

“Report”un xəbərinə görə, Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində qeyd olunub ki, sosial yönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsi sahəsində dayanıqlığın təmin edilməsi məqsədilə azad sahibkarlığın inkişafına real təminatlar verilməsi üçün haqsız rəqabətə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə xidmət edən tədbirlər davam etdirilməlidir: "Korporativ məsuliyyət məsələsinə diqqətin ayrılması, əhalinin qayğıya ehtiyacı olan qrupların hüquqlarının müdafiəsində daha səmərəli fəaliyyət göstərən sahibkarlara münasibətdə həvəsləndirmə tədbirlərinin tətbiqi də zəruridir.

Vətəndaşların rifah halının təmin edilməsi məqsədilə ərzaq təhlükəsizliyinin təmin edilməsi, şəffaflığın artırılması, inhisarçılığa və haqsız rəqabətə qarşı mübarizənin, habelə istehlak qiymətlərinə nəzarətin gücləndirilməsi və süni bahalaşma meyllərinin qarşısının alınması üzrə tədbirlər də ciddiləşdirilməli və davamlı xarakter daşımalıdır.

Vətəndaşların dövlət orqanlarına müraciətlərinə diqqətlə yanaşılması, məmurların öz səlahiyyətlərindən sui-istifadə etməsi hallarına son qoyması, insanların problemlərinin həllinə istiqamətlənmiş tədbirlər görülməsinə səy göstərilməsi, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət edilməsinə diqqət gücləndirilməlidir".

Qeyd olunub ki, şikayətlərdə əks etdirilmiş halların yoxlanılması məqsədilə Müvəkil tərəfindən aidiyyatı dövlət qurumlarına göndərilən sorğulara bəzi hallarda Konstitusiya qanunu ilə müəyyən edilən müddətdə və mahiyyəti üzrə cavab verilməyib ki, bu da vətəndaşların hüquqlarının pozulmaqda davam etməsinə, habelə Müvəkkilə və digər mərkəzi dövlət qurumlarına təkrar şikayətlərinə səbəb olub: "Odur ki, hər bir vəzifəli şəxs və məmur öz işini müasir çağırışlara, yeni tələblərə və innovativ yanaşmalara uyğun qurmalı, bütün səylər insan rifahının yüksəldilməsinə və sosial proqramların icrasına yönəldilməlidir".

Son xəbərlər

Orphus sistemi