Ombudsman: "Prezident seçkiləri tam şəffaf keçirilir"

Ombudsman: "Prezident seçkiləri tam şəffaf keçirilir" Bakı. 11 aprel. REPORT.AZ/ “Azərbaycanda Prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf keçirilir. Bakının əksər rayonlarında yerləşən seçki məntəqələrində olmuşam. Bu gün səhər səsvermə başlamazdan öncə məntəqəyə yaxınlaşanda, təəccübləndim. Məntəqənin qarşısında 10-12 seçici var idi. Bu da seçici aktivliyindən xəbər verir”.
Daxili siyasət
11 Aprel , 2018 14:55
Ombudsman: Prezident seçkiləri tam şəffaf keçirilir
Ombudsman Elmira Süleymanova / Report

Bakı. 11 aprel. REPORT.AZ/ “Azərbaycanda Prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf keçirilir. Bakının əksər rayonlarında yerləşən seçki məntəqələrində olmuşam. Bu gün səhər səsvermə başlamazdan öncə məntəqəyə yaxınlaşanda, təəccübləndim. Məntəqənin qarşısında 10-12 seçici var idi. Bu da seçici aktivliyindən xəbər verir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

O bildirib ki, ölkədə hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində də səsvermə prosesi şəffaf şəkildə həyata keçirilir: “Seçkinin beynəlxalq və yerli müşahidəçilər izləyir. Onlar da prosesdən razıdırlar. Seçki məntəqəsində olarkən beynəlxalq müşahidəçi seçicilərin nizamlı-intizamlı olduğunu qeyd etdi. O bildirdi ki, sanki ölkədə bayrm ab-havasıdır”.

Son xəbərlər

Orphus sistemi