Ombudsman erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib

Ombudsman erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) erməni terrorçunun Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atmasına münasibət bildirib.
Qarabağ
13 Noyabr , 2021 11:09
Ombudsman erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
Səbinə Əliyeva

Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) erməni terrorçunun Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atmasına münasibət bildirib.

"Report" xəbər verir ki, Ombudsmanın rəsmi tviter səhifəsindəki paylaşımında bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni qeyri-qanuni silahlı dəstə üzvlərinin Azərbaycan hərbi qulluqçularına qarşı törətdiyi terror aktını qətiyyətlə pisləyib.

“Bu, regionda sülhün qurulması prosesinə ciddi təhlükədir” - paylaşımda bildirilib.

Son xəbərlər

Orphus sistemi