Qusar. 4 iyul. REPORT.AZ/ İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Qusar rayonunda ictimai dinləmələr keçirib.
"Report"un Şimal bürosunun məlumatına görə, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonda həyata keçirilən quruculuq-abadlıq işləri, eləcə də insan hüquqlarının müdafiəsi ilə bağlı görülən tədbirlər haqqında danışıb.
E.Süleymanova Azərbaycanda insan hüquqları sahəsində qəbul olunmuş üç mühüm sənəd, həmçinin dövlət müstəqilliyinin ilk illərindən həyata keçirilən iqtisadi və sosial sahələrlə yanaşı, hüquqi islahatlar haqqında geniş məlumat verib.
O, Milli Fəaliyyət Proqramının normativ-hüquqi bazasının, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının haqlarının müdafiəsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq və s. bağlı fikirlərini bölüşüb.
"Biz rayonlarda olduqca hər birində böyük bir inkişaf müşahidə etdik. Yalnız yollardan, binalardan,
Müzakirələr zamanı Qusar rayonunda ictimai sabitliyin qorunub saxlanılması, ailə-məişət zəmnində ciddi münaqişələrin qeydə alınmaması təqdirəlayiq hal kimi dəyərləndirilib.
Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə Ombudsman vətəndaşların suallarını cavablandırıb.