Ombudsman Elmira Süleymanova Qazaxda ictimai dinləmələr keçirib

Ombudsman Elmira Süleymanova Qazaxda ictimai dinləmələr keçirib Rayon hüquq mühafizə orqanları rəhbərlərinin insan hüquqlarının qorunması vəziyyəti ilə bağlı məruzələri dinlənilib
Daxili siyasət
6 İyun , 2016 14:49
Ombudsman Elmira Süleymanova Qazaxda ictimai dinləmələr keçirib

Qazax. 6 iyun. REPORT.AZ/ İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova Qazax rayonunda ictimai dinləmələr keçirib.

"Report"un Qərb bürosunun məlumatına görə, E.Süleymanova ölkədə dini və milli tolerantlığın hökm sürdüyünü, insan hüquq və azadlıqlarının dövlətin diqqətində olan prioritet məsələlərdən olduğunu vurğulayıb.

Qeyd olunub ki, insanların təhsil, səhiyyə, mülkiyyət hüquqları, söz və mətbuat azadlığı müvafiq qanunlarla qorunur.

Rayon hüquq mühafizə orqanları rəhbərlərinin insan hüquqlarının qorunması vəziyyəti ilə bağlı məruzələri də dinlənilib.

Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə Ombudsman vətəndaşların suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi