Ombudsman Dünya Bankının nümayəndələrini qəbul edib

Ombudsman Dünya Bankının nümayəndələrini qəbul edib Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva Dünya Bankının dövlət sektoru üzrə baş mütəxəssisləri Eva Melis, Valid Malik və Dünya Bankının nümayəndələrini qəbul edib.
Daxili siyasət
27 May , 2022 18:52
Ombudsman Dünya Bankının nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva Dünya Bankının dövlət sektoru üzrə baş mütəxəssisləri Eva Melis, Valid Malik və Dünya Bankının nümayəndələrini qəbul edib.

"Report" xəbər verir ki, qonaqları salamlayan Müvəkkil təsisatın fəaliyyətinin əsas istiqamətləri, dövlət və yerli özünüidarə orqanları, ictimai təşkilatlar və beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri barədə məlumat verib, fikir və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Çıxış zamanı əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər, Müvəkkilin müstəqil monitorinq funksiyası, eləcə də biznes və insan hüquqları sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verilib.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə aparılan işlər, habelə Ombudsmanın Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı fəaliyyəti barədə danışılıb.

Görüş zamanı Ombudsmanın Aparatında və regional mərkəzlərində elektron sənəd dövriyyəsi sisteminin tətbiqi, texniki bazanın müasir tələblərə uyğun quraşdırılması, Dünya Bankının Azərbaycanda məşğulluğa dəstək və pulsuz hüquqi yardım layihələri üzrə əməkdaşlıq perspektivləri, eləcə də “Biznes və insan hüquqları” sahəsində maarifləndirmə və təbliğat işinin təşkili, çap materiallarının hazırlanması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, hər iki qurum üzrə əlaqələndirici şəxslər müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi