Oman sultanı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Oman sultanı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib Bakı. 18 aprel. REPORT.AZ/ Oman sultanı Qabus bin Said Al Said Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Daxili siyasət
18 Aprel , 2018 17:09
Oman sultanı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Oman sultanı Qabus bin Said Al Said / Reuters

Bakı. 18 aprel. REPORT.AZ/ Oman sultanı Qabus bin Said Al Said Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

“Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi Zati-alinizə çatdırmaqdan məmnunluq duyuruq.

Ölkələrimiz arasında mövcud olan əlaqələri xalqlarımızın ümumi maraqları naminə daha da inkişaf etdirmək və Zati-alinizə xalqının istəklərini həyata keçirmək məqsədlərinə çatmaqda uğurlar arzulayırıq".

Son xəbərlər

Orphus sistemi