Oğuzda şəhid bulağının açılışı olub

Daxili siyasət
  • 26 fevral, 2022
  • 16:40
Oğuzda şəhid bulağının açılışı olub

Oğuz rayonunda Azərbaycan Ordusunun şəhidi Cavad Qocayevin xatirəsinə inşa olunan bulağın açılışı olub.

​"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bulaq şəhidin doğulduğu Bucaq kəndində istifadəyə verilib.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər şəhidin şərəfli ömür yolundan danışıblar.

Qeyd edək ki, Qocayev Cavad Cəlil oğlu 1993-cü ildə Oğuz rayonunun Bucaq kəndində doğulub. Hərbi xidmətini Füzuli rayonu ərazisindəki hərbi hissələrdən birində keçirib. Pulemyotçu olan Cavad 2015-ci ilin fevralın 25-də xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək şəhid olub.

44 filmi