OECD-in nümayəndəsi: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaq üçün hər bir şərait yaradılıb"

OECD-in nümayəndəsi: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaq üçün hər bir şərait yaradılıb" "Bütün bunlar müsbət addımlardır"
Daxili siyasət
20 Fevral , 2017 12:20
OECD-in nümayəndəsi: Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaq üçün hər bir şərait yaradılıb

Bakı. 20 fevral. REPORT.AZ/ “Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlər görülür”.

“Report”un xəbərinə görə, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndəsi Tatyana Xvanska təmsil etdiyi qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu üzrə hesabat tədbirində deyib. O qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaq üçün hər bir şərait yaradılıb: "Azərbaycanda korrupsiyaya qarşı tədbirlər aparmaq üçün təkcə dövlət qurumları deyil, ictimaiyyət nümayəndələri də çalışmalıdır. Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası fəaliyyət göstərir. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də bu istiqamətdə işlər görür. Korrupsiyaya qarşı mübarizə hökumətin iradəsindən asılıdır. Amma bu prosesdə ictimaiyyətin, cəmiyyətin də rolu olmalıdır. Aparılan araşdırmalardan məlum olub ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ictimai təşkilatlarla, cəmiyyətlə normal işləyir, kifayət qədər təbliğat aparır. Bütün bunlar müsbət addımlardır".

Son xəbərlər

Orphus sistemi