Noyabr ayında ardıcıl 5 gün iş olmayacaq

Noyabr ayında ardıcıl 5 gün iş olmayacaq Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Daxili siyasət
20 Oktyabr , 2023 12:02
Noyabr ayında ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.

Qeyd edək ki, ​noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

9 Noyabr isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi