Azərbaycanın bəzi yerlərində notariat kontorları ləğv olunur

Azərbaycanın bəzi yerlərində notariat kontorları ləğv olunur Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanın bəzi yerlərində notariat kontorları ləğv olunur.
Daxili siyasət
6491
18 Yanvar , 2019 10:19
Azərbaycanın bəzi yerlərində notariat kontorları ləğv olunur
0 : 00
0 : 00

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanın bəzi yerlərində notariat kontorları ləğv olunur.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda əksini tapıb.

Fərmana əsasən, həmin qurumların xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. 

Belə ki, bundan sonra notariusların həyata keçirdiyi dövlət xidmətləri Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərlə bağlı təkliflərini 3 ay müddətinə Prezidentə təqdim etmək tapşırığı verilib.

Son xəbərlər

Orphus sistemi