Yuxarı
    Bağlamaq

    ​Lətafət Məlikova: "Müsavat Partiyasında hər dəfə nəyisə dəyişməklə Nizamnaməni pozmaq olmaz"

    Burada həm mənim, həm də namizədliyimi irəli sürən rayon təşkilatının haqqı pozulur

    Bakı. 6 aprel. REPORT.AZ/ "Müsavat Partiyasında hər dəfə nəyisə dəyişməklə Nizamnaməni pozmaq olmaz. Nizamnamənin 5.4-cü maddəsində göstərilir ki, partiyanın namizədini rayon təşkilatları və Divan müəyyən edir. Burada "təsdiq" sözü qeyd edilməyib. Məclisdə yeni qaydalar irəli sürürlər, məsələni öz ideyalarına uyğun da formalaşdırırlar. Bu, düzgün deyil". Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü, hüquq müdafiəçisi Lətafət Məlikova deyib.

    L.Məlikova Müsavat Məclisinin sonuncu toplantısında parlament seçkilərində partiyadan namizədliyini irəli sürən şəxslərlə bağlı Təlimat sənədinin qəbul edilməsinə münasibət bildirərkən qeyd edib ki, belə sənədlərin qəbul olunmasına qarşıdır: "22 ildir Müsavat Partiyasının üzvüyəm. Bu təlimatların qəbul olunmasına qarşıyam, ona görə də iclasda qəbul olunan Təlimatın əleyhinə səs verdim. Tutaq ki, parlament seçkilərində iştirak etmək istədim, amma məndən xoşu gəlməyənlər Məclisdə namizədliyimin irəli sürülməsinə səs vermədilər. Mənim hüququm pozulmurmu? Burada həm mənim, həm də namizədliyimi irəli sürən rayon təşkilatının haqqı pozulur. Mən də istəyirəm ki, Nizamnamə pozulmasın. Əslində, parlament seçkilərində namizədliyimi irəli sürməyi düşünmürəm. Düşünürəm ki, seçki qanunları dəyişməyibsə, prosesə qoşulmağa dəyməz. Amma bilirəm, namizədliyimi irəli sürsəm, Kürdəmir rayonundan dəstək alacam".

    Qeyd edək ki, Müsavat Partiyasının parlament seçkilərində iştirak etmək niyyəti olan namizədlərinin siyahısını Məclis təsdiq edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi