Neftçalada Gənclər Günü ilə əlaqədar bayram tədbiri keçirilib 

Daxili siyasət
  • 02 fevral, 2022
  • 18:24
Neftçalada Gənclər Günü ilə əlaqədar bayram tədbiri keçirilib 

Neftçala rayonunda 2 fevral Gənclər günü qeyd olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə rayon rəsmiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və gənclər iştirak edib.

Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, tər gül dəstələri düzülüb, ehtiramla yad olunub.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər bu günün əhəmiyyətindən söz açıblar.

Bayram tədbiri musiqili kompozisiyalar, sual-cavab və digər əyləncəli oyunlar ilə davam edib.

Tədbirin sonunda 2021-2022-ci il ərzində fərqlənən, fəal gənclər, uğurlar əldə edən gənclər Fəxri Fərman, mükafət və xatirə hədiyyələri təqdim olunub.