Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Yaşar Ələkbər oğlu Kərimovla Neftçala rayonunun Qaramanlı kəndində keçirilən vida mərasimi başa çatıb.
“Report”un Aran bürosunun məlumatına görə, şəhidin nəşi Qaramanlı kəndində dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Yaşar Ələkbər oğlu Kərimovun nəşi Neftçala rayonuna gətirilib.
“Report”un Aran bürosunun məlumatına görə, şəhidin nəşi Neftçala rayonunun Qaramanlı kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Yaşar Ələkbər oğlu Kərimov 1967-ci il aprelin 12-də anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunun Şelli kəndində itkin düşüb.
Y.Kərimov Qaramanlı kənd qəbiristanlığında dəfn olunacaq.