Nazirliyin 160 əməkdaşı YAP-a üzv olmaq üçün müraciət edib

Nazirliyin 160 əməkdaşı YAP-a üzv olmaq üçün müraciət edib Bakı. 27 sentyabr. REPORT.AZ/ “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 160 əməkdaşı Yeni Azərbaycan Partiyasına üzvlüklə bağlı ərizə verib”.
Daxili siyasət
27 Sentyabr , 2018 10:34
Nazirliyin 160 əməkdaşı YAP-a üzv olmaq üçün müraciət edib
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 160 əməkdaşı Yeni Azərbaycan Partiyasına üzvlüklə bağlı ərizə verib”.

“Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının iclasında təşkilatın sədri, nazirliyin Aparat rəhbəri Anar Əliyev deyib.

A.Əliyev qeyd bildirib ki, onlardan 63 nəfəri Yasamal rayon təşkilatının S.Əsgərova 85 ərazi ilk partiya təşkilatına, digərləri isə aidiyyəti işlədiyi və ya qeydiyyatda olduqları ünvanlar üzrə ərazi partiya təşkilatlarına müraciət ediblər.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının son dövrlərdəki fəaliyyətinin nəticəsində təşkilata üzv olmaq istəyənlərin sayı artıb.

İclasda üzvlük üçün müraciət edən əməkdaşlar YAP sıralarına qəbul olunub.

Son xəbərlər

Orphus sistemi