Amnistiya Aktı ilə bağlı komissiya və işçi qrupu yaradılıb

Daxili siyasət
  • 11 noyabr, 2021
  • 08:13
Amnistiya Aktı ilə bağlı komissiya və işçi qrupu yaradılıb

"Amnistiya tətbiq olunan şəxslərin əvvəlki məhkumluqlarının olub-olmaması yoxlanır".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin təşkilat nəzarət idarəsinin rəisi Vüqar Abışov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

O bildirib ki, Amnistiya Aktı qəbul edilən gündən aidiyyəti üzrə komissiya və işçi qrupu yaradılıb: “Burada əsas məqsəd amnistiya tətbiq edilən məhkumların siyahısını baş idarəyə təqdim etməkdir. Biz informasiya bazasından istifadə edərək məlumatları yoxlayırıq. Amnsitiya Aktının şamil olunduğu, lakin tətbiq edilmədiyi məhkum ola bilməz. Eyni zamanda, ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin və ədliyyə əməkdaşlarının birgə fəaliyyəti ilə ciddi nəzarət həyata keçirilir. Penitensiar müəssisələr üzrə bu günə qədər 100-dən çox məhkum azad edilib, cəza müddəti azaldılan məhkumlarla bağlı isə prokurorluğa təqdim edilib".

"Əfv sərəncamı və Amnistiya Aktları islah işlərinə də təsir edib", - o vurğulayıb.