Nazirlik: "Amnistiya Aktının icrası üçün bütün zəruri tədbirlər həyata keçiriləcək”

Nazirlik: "Amnistiya Aktının icrası üçün bütün zəruri tədbirlər həyata keçiriləcək” "Biz ilkin olaraq amnistiya ilə bağlı məhkumların şəxsi işlərini öyrənmişik. Elə maddələr varki amnistiyaya düşür".
Daxili siyasət
11 Noyabr , 2021 12:10
Nazirlik: Amnistiya Aktının icrası üçün bütün zəruri tədbirlər həyata keçiriləcək”

"Biz ilkin olaraq amnistiya ilə bağlı məhkumların şəxsi işlərini öyrənmişik. Elə maddələr var amnistiyaya düşür".

"Report" xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

“Məsələn elə maddələr var ki, onlarla bağlı məhkum olunanlara məhkəmələr tərəfindən müəyyən məlumatlar toplanmalıdır. Bu və digər bənzər maddələr üzrə məhkum olunanlar barədə araşdırma aparılmalıdır. Dünən 20-yə yaxın şəxsin işi Probasiya Xidməti tərəfindən prokurorluğa təqdim edilib. Araşdırıldıqdan sonra yekun qərar veriləcək. Probasiya Xidməti tərəfindən Amnistiya Aktının icrası zamanı elə məhkumlar var cəza müddətləri azaldılacaq, elə şəxslər də var ki, azad ediləcəklər. Tərəfimizdən 4 ay müddətdində Amnistiya Aktının icrası üçün bütün zəruri tədbirlər həyata keçiriləcək”, - M.Hümbətov bildirib.

Son xəbərlər

Orphus sistemi