Nazirlərin dekabr ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
- 25 noyabr, 2022
- 11:42
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin dekabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
"Report"un xəbərinə görə, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
Qəbul cədvəlini təqdim edirik:
| S/n | Qəbulun keçirildiyi şəhər, rayon | Əhatə olunan şəhər və rayonlar | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu | Qəbulun keçirildiyi gün |
| 1. | Masallı | Masallı, Yardımlı | kənd təsərrüfatı naziri İnam Kərimov | 01 |
| 2. | Abşeron | Abşeron, Zəngilan | Baş prokuror Kamran Əliyev | 02 |
| 3. | Mingəçevir | Mingəçevir, Yevlax | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev | 05 |
| 4. | Şirvan | Şirvan, Hacıqabul, Salyan, Neftçala | rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | 06 |
| 5. | Biləsuvar | Biləsuvar, Cəlilabad, Cəbrayıl | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova | 06 |
| 6. | İmişli | İmişli, Saatlı, Sabirabad | ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev | 07 |
| 7. | Şirvan | Şirvan, Hacıqabul, Salyan, Neftçala | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | 08 |
| 8. | Qəbələ | Qəbələ, Oğuz | gənclər və idman naziri Fərid Qayıbov | 09 |
| 9. | Ucar | Ucar, Kürdəmir, Zərdab | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov | 09 |
| 10. | Qobustan | Qobustan, Şamaxı, Ağsu | ədliyyə naziri Fikrət Məmmədov | 14 |
| 11. | Gəncə | Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı, Kəlbəcər | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı | 14 |
| 12. | Kürdəmir | Kürdəmir, Ucar, Zərdab | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev | 14 |
| 13. | Qəbələ | Qəbələ, İsmayıllı, Oğuz | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | 14 |
| 14. | Ağstafa | Ağstafa, Qazax, Tovuz, Gədəbəy | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov | 15 |
| 15. | Qusar | Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən | Ali Məhkəmənin sədri Ramiz Rzayev | 16 |
| 16. | Qəbələ | Qəbələ, İsmayıllı | əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev | 16 |
| 17. | Sabirabad | Sabirabad, Saatlı, İmişli | iqtisadiyyat naziri Mikayıl Cabbarov | 16 |
| 18. | Sumqayıt | Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa | mədəniyyət naziri Anar Kərimov | 16 |
| 19. | Ağsu | Ağsu, İsmayıllı | “Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən Köçərli Həsənov | 16 |
| 20. | Xaçmaz | Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı | daxili işlər naziri Vilayət Eyvazov | 17 |
| 21. | Hacıqabul | Hacıqabul, Şirvan | fövqəladə hallar naziri Kəmaləddin Heydərov | 17 |
| 22. | Şamaxı | Şamaxı, Qobustan | “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov | 22 |
| 23. | Saatlı | Saatlı, Sabirabad, İmişli, Beyləqan | elm və təhsil naziri Emin Əmrullayev | 23 |
| 24. | Zaqatala | Zaqatala, Balakən, Qax | energetika naziri Pərviz Şahbazov | 23 |
| 25. | İsmayıllı | İsmayıllı, Ağsu | Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov | 23 |
| 26. | Abşeron | Abşeron, Zəngilan | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov | 23 |
| 27. | Şamaxı | Şamaxı, Ağsu, Qobustan | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev | 23 |
| 28. | Sumqayıt | Sumqayıt, Abşeron, Zəngilan | “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev | 23 |