Azərbaycan Respublikasının Prezidenti
Nazirlər Kabinetinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş Nazir
Baş Nazir ilin birinci rübündə aparılan ciddi sosial əhəmiyyətli islahatların, verilən qərarların Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini, ölkəmizin həm regional, həm də dünya miqyasında reytinqinin daha da yüksəlməsinə səbəb olduğunu vurğulayıb. Xüsusilə də dövlət başçısının əhalinin aztəminatlı təbəqəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemlərini daim diqqətdə saxlaması Nazirlər Kabineti üçün də prioritet məsələlərdən biridir. Bununla yanaşı, vergi və gömrük sahələrində institusional dəyişikliklər, şəffaflıq və sağlamlaşdırma tədbirləri də müsbət dəyişikliklərlə nəticələnib. Ölkədə bütün iqtisadi göstəricilər üzrə davamlı inkişaf müşahidə olunur, icra edilən böyük investisiya və infrastruktur layihələri iqtisadiyyata öz töhfəsini verir.
İlin birinci rübündə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “
İclasda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparılıb. Baş Nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Aparatın aidiyyəti şöbələrinə müvafiq göstərişlər verib.