Hökumət saytının adının dəyişdirilməsinin səbəbi məlum oldu

Hökumət saytının adının dəyişdirilməsinin səbəbi məlum oldu Azərbaycan Nazirlər Kabineti (NK) qurumun rəsmi saytının adının dəyişdirilməsinə aydınlıq gətirib.
Daxili siyasət
25 Fevral , 2020 10:21
Hökumət saytının adının dəyişdirilməsinin səbəbi məlum oldu

Azərbaycan Nazirlər Kabineti (NK) qurumun rəsmi saytının adının dəyişdirilməsinə aydınlıq gətirib.

NK-nın Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Report"a açıqlamasında deyib ki, saytın adının dəyişdirilməsi təkmilləşdirmə işləri ilə əlaqədardır:

"Hazırda Nazirlər Kabinetinin saytı yeni və əvvəlki adla paralel olaraq fəaliyyət göstərir". 

Qeyd edək ki, Nazirlər Kabinetinin rəsmi internet resursunun adı dəyişdirilib. Bununla da qurum nk.gov.az domeni ilə fəaliyyətə başlayıb. Bundan əlavə Nazirlər Kabinetinin əvvəlki rəsmi saytı olan cabmin.gov.az domeni də fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi