Yuxarı
    Bağlamaq

    Nazirlər Kabineti elmi tədqiqat institutlarının məşğul olacağı sahibkarlıq fəaliyyəti növlərini müəyyən edib

    Qərara əsasən bir sıra sahibkarlıq fəaliyyəti növləri müəyyən olunub

    Bakı. 21 iyun. REPORT.AZ/ Nazirlər Kabineti elmi tədqiqat institutlarının məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında haqqında qərar qəbul edib.

    "Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

    Qərara əsasən elmi tədqiqat institutlarının nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növləri kimi təcrübə-konstruktor, elmi layihələndirmə işlərinin həyata keçirilməsi, elmi nailiyyətlərin tətbiqi yolu ilə elmtutumlu məhsulların istehsalı və satışı, kitabxana, nəşriyyat və kitab satışı xidmətləri, məsləhət-konsaltinq xidmətləri, ödənişli laboratoriya testləri və sınaq işləri, layihə və müsabiqə sənədlərinin hazırlanması, elmi-praktiki tədbirlərin təşkili, sistem və şəbəkə dəstəyi xidmətləri, informasiya xidmətləri, sifarişlər əsasında elmi araşdırma və tədqiqatların aparıl-ması, ekspert rəyinin verilməsi, elmi tədqiqat institutunun fəaliyyət istiqamətlərinə zidd olmayan işlərin görülməsi və xidmətlərin göstərilməsi müəyyənləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi