Nazir müavini: “Ölkənin müxtəlif sahələrdəki gücünü qoruyub saxlaya bilən gənclər formalaşdırılmalıdır”

Nazir müavini: “Ölkənin müxtəlif sahələrdəki gücünü qoruyub saxlaya bilən gənclər formalaşdırılmalıdır” "Gələcək üçün elə gənclər formalaşdırmalıyıq ki, onlar ölkənin iqtisadi, siyasi, sosial və digər sahələrdəki gücünü qoruyub saxlaya bilsinlər".
Daxili siyasət
29 Noyabr , 2023 15:50
Nazir müavini: “Ölkənin müxtəlif sahələrdəki gücünü qoruyub saxlaya bilən gənclər formalaşdırılmalıdır”
Firudin Qurbanov

"Gələcək üçün elə gənclər formalaşdırmalıyıq ki, onlar ölkənin iqtisadi, siyasi, sosial və digər sahələrdəki gücünü qoruyub saxlaya bilsinlər".

“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, uşaq ilk əvvəl uşaq ailədə formalaşır: "Bu baxımdan həmin dəyərləri qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək əsasən ailənin işidir. Bu gün ailədə nənə-babalara qoyulan hörmət və digər bəzi məsələlər birbaşa ailə institutuna zərbə vuran amillərdir. Bu kimi problemlərlə əlaqəli layihələr həyata keçirilir və bura valideynlər də cəlb olunur. Həmin layihələrdən biri də “Məktəblinin dostu”dur. Bu, bizə bir sıra problemlərə vaxtında müdaxilə etməyə, həmçinin adekvat addımlar atmağa kömək edib".

Son xəbərlər

Orphus sistemi