Nazir Kəngərli sakinlərinin problemlərinin həlli barədə tapşırıq verib

Daxili siyasət
  • 19 yanvar, 2023
  • 07:40
Nazir Kəngərli sakinlərinin problemlərinin həlli barədə tapşırıq verib

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Kəngərli rayon sakinləri ilə görüşüb.

Nazirliyin Mətbuat Xidmətindən "Report"un Naxçıvan bürosuna verilən məlumata görə, görüşdə iştirak edənlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, istehlakçıların hüquqlarının müdafiəsi və digər məsələlərlə bağlı müraciət ediblər.

T.Əliyev müraciətləri dinləyib, məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib və icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.