"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirin vətəndaşlarla görüşü saat 10:00-da Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti-5) baş tutacaq.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Şəmkir şəhəri; əlaqə telefonları: 070 852 53 06; 050 520 48 05; 022 3077435) xahiş olunur.