Yuxarı

Naxçıvanın təhsil naziri vəzifəsindən kənarlaşdırılıb

Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb

Bakı. 17 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Piri Abbas oğlu Nağıyev Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin", - deyə sərəncamda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi