Naxçıvanın Bakıdakı nümayəndəsi: "Onlayn bilet satışı narazılıq yaradıb"

Naxçıvanın Bakıdakı nümayəndəsi: "Onlayn bilet satışı narazılıq yaradıb" Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məktubla müraciət edib.
Daxili siyasət
13 İyun , 2020 17:38
Naxçıvanın Bakıdakı nümayəndəsi: Onlayn bilet satışı narazılıq yaradıb

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məktubla müraciət edib.

"Report"un xəbərinə görə, müraciətdə deyilir:

"2020-ci il iyunun 18-də açılması nəzərdə tutulan Bakı-Naxçıvan-Bakı aviareyslərinə onlayn bilet satışı ciddi ehtiyacı olanlarda narazılıq yaradıb, nəticədə bilet ala bilməyənlərin çoxsaylı müraciətlərinə səbəb olub. Bu müraciətlərə əsasən, əlavə reyslərə növbəli açıq bilet satışı məqsədəmüvafiq olardı. Nəzərə almağınız xahiş olunur".

Son xəbərlər

Orphus sistemi