Naxçıvanın 100 illik yubileyinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb

Daxili siyasət
  • 15 yanvar, 2024
  • 06:47
Naxçıvanın 100 illik yubileyinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb

Naxçıvanın 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Prezidentinin 2023-cü il 30 dekabr tarixli sərəncamının icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradılıb.

Tədbirlər planı və komitənin tərkibi təsdiq edilib.

Bu gün komitənin ilk iclası keçiriləcək.