Naxçıvanda "YAŞAT” Fondunun təşkil etdiyi “Yay düşərgəsi"nin açılış mərasimi keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondunun təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində azərbaycanlı, türkiyəli şəhid övladları üçün “Yay düşərgəsi"nin açılış mərasimi başlayıb.
Mərasimdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov və digər dövlət, hökumət rəsmiləri, media nümayəndələri iştirak edirlər.