Növbədənkənar Azərbaycan Prezidenti seçkilərində Naxçıvan Muxtar Respublikası üzrə seçici fəallığı açıqlanıb.
"Report"un yerli bürosu xəbər verir ki, saat 19:00-a olan məlumata görə, muxtar respublika üzrə seçici fəallığı 82.09 faiz olub.
Naxçıvanda ümumillikdə 234 408 nəfər səs verib. Muxtar respublika ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə saat 19:00-a olan seçici fəallığı barədə məlumatı təqdim edirik:
1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə: 39 572 nəfər, 82.76%;
2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə: 39 482 nəfər, 82.21%;
3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə: 39 217 nəfər, 82.36%;
4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə: 38 800 nəfər, 82.05%;
5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi üzrə: 39 417 nəfər, 82.04%;
6 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə: 37 920 nəfər, 81.14%.