Naxçıvanda qurbanlıq heyvanların satış və kəsim yerləri açıqlanıb

Naxçıvanda qurbanlıq heyvanların satış və kəsim yerləri açıqlanıb Naxçıvanda 8 ünvanda qurbanlıq heyvanların satış və kəsimi həyata keçiriləcək.
Daxili siyasət
15 İyun , 2024 12:28
Naxçıvanda qurbanlıq heyvanların satış və kəsim yerləri açıqlanıb

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvanların satış və kəsimi həyata keçiriləcək.

"Report"un yerli bürosunun məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi (NQTA) məlumat yayıb.

Agentlikdən bildirilib ki, Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə Naxçıvanda 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək:

"Bu yerlərdən beşində həm kəsim, həm satış, ikisində qurbanlıq heyvanların satışı, birində isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi