Naxçıvanda qanunsuz və qeydiyyatsız yaşayan 39 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz və qeydiyyatsız yaşayan 39 əcnəbi aşkarlanıb Ötən ay Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 39 əcnəbi aşkarlanaraq qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.
Daxili siyasət
11 Yanvar , 2022 06:09
Naxçıvanda qanunsuz və qeydiyyatsız yaşayan 39 əcnəbi aşkarlanıb

Ötən ay Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 39 əcnəbi aşkarlanaraq qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Bu barədə “Report” muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, dekabrda Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 462 müraciət daxil olub. Оnlardan 205-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılaraq, müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi