Naxçıvanda qanunsuz yaşayan və işləyən 14 əcnəbi aşkarlanaraq barələrində müvafiq tədbirlər görülüb

Naxçıvanda qanunsuz yaşayan və işləyən 14 əcnəbi aşkarlanaraq barələrində müvafiq tədbirlər görülüb Bakı. 29 noyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçirilən tədbirlər ötən ay ərzində də davam etdirilib.
Daxili siyasət
1853
29 Noyabr , 2018 03:34
Naxçıvanda qanunsuz yaşayan və işləyən 14 əcnəbi aşkarlanaraq barələrində müvafiq tədbirlər görülüb

Bakı. 29 noyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçirilən tədbirlər ötən ay ərzində də davam etdirilib.

"Report" Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DMX tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 14 əcnəbi aşkarlanaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb. Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 967 müraciətin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib, olduğu yer üzrə qeydiyyatla bağlı 644 müraciət qeydə alınaraq icrası təmin edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri də həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi