Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti yaradılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti yaradılıb Bununla bağlı fərmanı Ali Məclisin sədri Vasif Talıbov imzalayıb
Daxili siyasət
11 Aprel , 2017 00:21
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti yaradılıb

Bakı. 11 aprel. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Dövlət Energetika Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmanda bildirilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alıram: 1. Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti yaradılsın. 2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti haqqında Əsasnamə” təsdiq edilsin. 3. “Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin strukturu” təsdiq edilsin. 4. Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti aparatının işçilərinin say həddi 28 ştat vahidi müəyyən edilsin. 5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. 

Son xəbərlər

Orphus sistemi