Naxçıvan Muxtar Respublikasında Azərbaycan Milli QHT Forumunun (AMQF) regional forumu keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, toplantıda Azərbaycan Milli QHT Forumunun rəhbər heyəti və Naxçıvanda qeydiyyatda olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib: "Ötən dövrdə vətəndaş cəmiyyəti də möhkəmlənib, prosesə töhfə verib".
"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli qeyd edib ki, QHT sektorunun daha da səmərəli fəaliyyəti üçün aparılan köklü islahatlar əhəmiyyətli, pozitiv dəyişikliklər yaradır.
"Estafet" Gənclərin İctimai Birliyinin sədri Arzu Qasımov isə vurğulayıb ki, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti Azərbaycan tarixində qızıl dövr açıb: "Vətəndaş cəmiyyəti də ölkədə gedən proseslərdə fəal iştirak etməyə çalışır".
Forumda “Naxçıvan şəhid ailələri” İctimai birliyin sədri Mais Gülməmmədov, “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Gülxanım Orucova, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Cehun Bayramov, şəhid ailələri və qazilər çıxış ediblər.
Sonda xatirə şəkli şəkdirilib.
Qeyd edək ki, AMQF-nin regional forumları bu gün başa çatır. Yanvarın 10-da Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Milli QHT Forumunun regional forumu keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, toplantıda Azərbaycan Milli QHT Forumunun rəhbər heyəti və Naxçıvanda qeydiyyatda olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Regional forumda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkədə baş verən mühüm dəyişikliklər, inkişaf prosesi əsas müzakirə mövzusudur.