Naxçıvan Turizm Departamentinin strukturu təsdiqlənib

Naxçıvan Turizm Departamentinin strukturu təsdiqlənib Bakı. 9 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Daxili siyasət
681
9 Oktyabr , 2018 19:53
Naxçıvan Turizm Departamentinin strukturu təsdiqlənib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmanla Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnamə və Departamentin strukturu təsdiq edilib.

Turizm Departamenti Aparatının işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə həmin fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi