“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilir

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilir Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
Daxili siyasət
6 Oktyabr , 2017 14:39
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilir

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, komitə sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi barədə müzakirələr aparılıb.

Həmçinin deputatlar Mülki Prosessual, İnzibati Prosessual məcəllələrdə dəyişikliklər edilməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxıblar. Qeyd edilib ki, təklif edilən dəyişikliklər texniki xarakter daşıyır.

Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Son xəbərlər

Orphus sistemi