Gənclər Fondunun Naxçıvan filialı yaradılıb - YENİLƏNİB

Gənclər Fondunun Naxçıvan filialı yaradılıb - YENİLƏNİB “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilib.
Daxili siyasət
21 Fevral , 2024 23:17
Gənclər Fondunun Naxçıvan filialı yaradılıb - YENİLƏNİB

Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialı yaradılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının qərarı ilə fondun Naxçıvan filialı yaradılıb.

19:47

“Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncama əsasən, “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilib.

Son xəbərlər

Orphus sistemi