Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub

Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev vəzifəsindən azad edilib.
Daxili siyasət
8 Sentyabr , 2023 10:37
Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub
Rahid Ələkbərli

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev vəzifəsindən azad edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Digər sərəncamla Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar nazirinin müavini təyin edilib. Eyni zamanda, nazirin səlahiyyətlərinin icrası da ona həvalə olunub.

Bu gün R.Ələkbərli kollektivə təqdim olunub. Onu kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər.

Qeyd edək ki, R.Ələkbərli 1977-ci il fevralın 22-də Şahbuz rayonunda anadan olub. O, bu təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi