Naxçıvana yeni iqtisadiyyat naziri təyin edilib

Daxili siyasət
  • 06 may, 2025
  • 11:28
Naxçıvana yeni iqtisadiyyat naziri təyin edilib

Naxçıvan Muxtar Respublikasına (MR) yeni iqtisadiyyat naziri təyin olunub.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin mayın 6-da keçirilən növbəti sessiyasında Kazım Hüseynəliyevin muxtar respublikanın iqtisadiyyat naziri təyin olunması haqqında qərar qəbul edilib.

K.Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbi, daha sonra Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) Menecment və strateji idarəetmə ixtisası üzrə bitirib.

2012-ci ildə əmək fəaliyyətinə başlayıb. İqtisadiyyat Nazirliyində aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdiri vəzifəsində işləyib. 2024-cü ildə  "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Naxçıvan MR Baş nazirinin təqdimatı ilə 2025-ci il mayın 5-də muxtar respublikasının iqtisadiyyat naziri təyin olunub.

Naxçıvan MR Ali Məclisinin mayın 6-da keçirilən növbəti sessiyasında K.Hüseynəliyevin iqtisadiyyat naziri vəzifəsinə təyin olunması haqqında qərar qəbul edilib.