Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatına yeni rəhbər təyin olunub.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Vəli Adəm oğlu Səfərov Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən azad olunub.
"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov əmr imzalayıb.
Əmrə əsasən, Piri Nağıyev tutduğu vəzifədən azad edilib. O, nazirlikdə baş məsləhətçi vəzifəsinə təyin olunub.