“Naxçıvan İpoteka Fondu” ASC-nin İdarə Heyətinə yeni üzv təyin olunub

“Naxçıvan İpoteka Fondu” ASC-nin İdarə Heyətinə yeni üzv təyin olunub “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə yeni üzv təyin olunub.
Daxili siyasət
30 Noyabr , 2019 14:41
“Naxçıvan İpoteka Fondu” ASC-nin İdarə Heyətinə yeni üzv təyin olunub

“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə yeni üzv təyin olunub.

"Report" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla bu vəzifəyə Yavər Səməd oğlu Hacıyev təyin edilib.

Qeyd edək ki, Y.Hacıyev 1990-ci ildə Naxçıvan şəhərində anadan olub. 

O, 2012-2013-cü ildə Azərbaycan Mərkəzi Bankın Naxçıvan idarəsində operator işləyib. 2013-2019-cu ildə "Kapital Bank" Naxçıvan MR Baş İdarəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi