​Naxçıvan Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşı artırılıb

​Naxçıvan Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşı artırılıb Bununla bağlı Vasif Talıbov fərman imzalayıb
Daxili siyasət
7 Mart , 2016 10:39
​Naxçıvan Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşı artırılıb

Bakı. 7 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının verilən əmək haqqı artırılıb.

“Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmanla, “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” fərmanında dəyişiklik edib.

Dəyişikliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.

İndiyədək bu vəsaitin 25 faizi istifadə olunurdu.

Son xəbərlər

Orphus sistemi