Bakı. 31 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın kollegiyasının tərkibi təsdiq edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncama əsasən, kollegiyanın rəhbəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri, üzvləri isə Ali Məclis Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin müavini və Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri təyin edilib.