Naxçıvan Muxtar respublikası (MR) Ali Məclisinin payız sessiyası başlayıb.
"Report"un yerli bürosunun məlumatına görə, sentyabrın 30-da VII çağırış Naxçıvan MR Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib.
İclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik işləri planının təsdiqi, Ali Məclisin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi, Ali Məclisin İntizam komissiyasının yaradılması məsələləri daxil edilib.
Sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.
İclasda Ali Məclisin komitə sədrləri, sədr müavinləri və üzvləri seçilib, İntizam komissiyası yaradılıb.