Naxçıvan Ali Məclisi Konstitusiyaya dəyişiklikləri müzakirə edəcək

Naxçıvan Ali Məclisi Konstitusiyaya dəyişiklikləri müzakirə edəcək Bu barədə muxtar respublikanın Ali Məclisi qərar qəbul edib
Daxili siyasət
21 Fevral , 2017 01:37
Naxçıvan Ali Məclisi Konstitusiyaya dəyişiklikləri müzakirə edəcək

Bakı. 21 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Ali Məclisi beşinci sessiyanın çağırılması barədə qərar qəbul edib.

"Report"un məlumatına görə, qərarda bildirilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası 2017-ci il fevral ayının 23-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin: 1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr 2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi 3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi.

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

Son xəbərlər

Orphus sistemi