Naxçıvan Ali Məclisi Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını şiddətlə pisləyib 

Naxçıvan Ali Məclisi Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını şiddətlə pisləyib  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını şiddətlə pisləyib.
Daxili siyasət
27 Yanvar , 2023 17:54
Naxçıvan Ali Məclisi Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını şiddətlə pisləyib 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını şiddətlə pisləyib.

"Report"un yerli bürosu xəbər verir ki, Ali Məclis diplomatik nümayəndəliyin mühafizə xidfmətinin rəisinin həlak olmasına görə başsağlığı verib:

"Ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə pisləyir, səfirliyin həlak olan mühafizə xidmətinin rəisi baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik", - Ali Məclisin açıqlamasında vurğulanıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi