Narkotik və psixotrop maddələrin qanuni dövriyyəsinə nəzarət üçün monitorinqlər aparılacaq

Narkotik və psixotrop maddələrin qanuni dövriyyəsinə nəzarət üçün monitorinqlər aparılacaq Bu, Dövlət Komissiyasının 2021-ci il üçün İş Planında öz əksini tapıb
Daxili siyasət
22 Fevral , 2021 16:45
Narkotik və psixotrop maddələrin qanuni dövriyyəsinə nəzarət üçün monitorinqlər aparılacaq

Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanuni dövriyyəsinə ciddi nəzarətin təmin edilməsi məqsədi ilə müvafiq monitorinqlər aparılacaq.

"Report" xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş Planında öz əksini tapıb.

Monitorinqlərin aparılması Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupuna tapşırılıb.

Son xəbərlər

Orphus sistemi